Xəbər lenti

Seneqalda müxalifət liderinin həbsindən sonra qarşıdurma - 15 nəfər ölüb
Dünya 15:55 04.06.2023

Seneqalda müxalifət liderinin həbsindən sonra qarşıdurma - 15 nəfər ölüb

Seneqalda prezidentliyə keçmiş namizəd Ousmane Sonkonun həbsi ilə bağlı polislə müxalifət tərəfdarları arasında təkrar toqquşmalar nəticəsində artıq 15 nəfər ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yerli polisə istinadən məlumat yayıb.

Ölənlər arasında təhlükəsizlik qüvvələrinin iki əməkdaşının olduğu qeyd edilir.

Şənbə gecəsi etirazçılar Dakarda barrikadalar quraraq və zibilləri yandıraraq küçələrə çıxıb. Polis qəzəbli kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Cümə günü gecə bir sıra yanacaqdoldurma məntəqələri və supermarket qarət edilib. Daxili işlər naziri Feliks Abdoulaye Diomanın sözlərinə görə, su stansiyası da hədəfə alınıb.

Onun sözlərinə görə, 2021-ci ildə uzun sürən etiraz aksiyaları başlayandan ümumilikdə 500-dən çox insan saxlanılıb.

Seneqal məhkəməsi prezidentliyə keçmiş namizəd Ousmane Sonkonu korrupsiya ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edib. Ona qarşı olan zorlama ittihamı isə ləğv olunub. Bundan sonra iğtişaşlar başlayıb. 

Gənc seçicilər arasında xüsusilə populyar olan Sonko zorlama iddialarının onun gələn il prezidentliyə namizədliyini irəli sürməsinə mane olmaq üçün qarayaxma kampaniyası olduğunu bildirib. O, məhkəməni boykot edib, lakin polis hökm çıxarılana qədər onu zorla Dakar şəhərinə qaytarıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->