Xəbər lenti

Sanna Marin partiya sədrliyindən istefa verdi
Dünya 13:01 05.04.2023

Sanna Marin partiya sədrliyindən istefa verdi

Finlandiyanın Baş naziri Sanna Marin Sosial-Demokrat Partiyasının sədri postundan istefa verib.

Qaynarinfo bu barədə yle.fi saytına istinadən xəbər verir.

Sanna Marin keçirdiyi mətbuat konfransında bildirib ki, bu qərarı Milli Koalisiya Partiyasından Petteri Orponun baş nazir vəzifəsinə seçilməsi ilə bağlı deyil. O, qərarını hakimiyyəti dövrünün ağır keçməsi ilə əsaslandırıb. Sanna Marin daha "dinc həyat" yaşamaq istədiyini bildirib: 

"Bu, müstəsna çətin illər və çətin dövrlər oldu. İndi seçkinin nəticəsi belə olduğu üçün hesab edirəm ki, öz həyatımda yeni səhifə açmaq imkanım var. Mən adi deputat kimi vəzifəmə davam edəcəyəm. Partiya daxilində tənqid edilməyimlə bağlı xəbərlər əsassızdır. Partiya sədrinin vəzifəyə gəlib-getməsi normal sistemin tərkib hissəsidir".

Qeyd edək ki, 37 yaşlı Sanna Marin 10 dekabr 2019-cu ildən baş nazir idi. SDP son seçkilərdə Milli Koalisiya Partiyası və Həqiqi Finlər Partiyasından sonra üçüncü ən çox səs alan partiya olub (19.9 faiz). 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->