Xəbər lenti

200 il gözlədiyimiz bayram - Zəfər günü
Ölkə 15:00 07.11.2024

200 il gözlədiyimiz bayram - Zəfər günü

(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusu üzrə hazırlanıb)

Vətən müharibəsində sonra Azərbaycanın tarixinə daha bir bayram əlavə edilib - 8 noyabr - Zəfər günü. Bu, dünyada yaşayan bütün azərbaycanların bayramıdır. Bəs 30 ildən sonra qazanılan tarixi Zəfər necə qeyd edilməlidir? Eyni zamanda, bu bayram dünyada necə təbliğ olunmalıdır?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zəfər günü təkcə 30 illik işğaldan sonra Azərbaycan torpaqlarının azad edilməsinin bayramı deyil:

"Bu bayram 200 ildən çoxdur ki, dövlətçiliyin təməllərinə yerləşdirilmiş seperatçı, terrorcu minalardan Azərbaycan torpaqlarının təmizlənməsi bayramıdır. Hər şeydən öncə Azərbaycan xalqını böyük tarixi zəfərə gətirən xalqın tarxi, dövlətçilik və milli yaddaşı olub. Azərbaycan prezidenti Zəfər bayramını qiymətləndirərkən dedi ki, "Bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu”. Hər bir xalqın tarixi yaddaşı onun ümummulli avtobioqrafiyası və eyni zamanda tərcümeyi halıdır”.
 


Deputat qeyd edib ki, hər şeydən öncə bu yaddaş millətin özünün özünü tanımasının və dərk etməsini təyin edir:

"8 noyabr - Zəfər bayramı həm də bizim milli yaddaşımızın, milli kimliyimizin yenidən dərk edilməsidir. Çünki həmişə Azərbaycan xalqına qarşı idealist mərkəzlər tərəfindən özünə inamsızlıq aşılanırdı. Bu Çar Rusiyası, Sovet Rusiyası dövründə də belə olub. Müstəqillik illərində isə müstəqilliyin həqiqi müstəqilliyə çevrilməməsi üçün Azərbaycana müstəmləkə gözü ilə baxan qonşu ölkələr əlindən gələni etdilər. Ermənilərə Azərbaycan torpaqlarını işğal etməsi üçün hər cür yardım göstərdilər. Hətta 44 günlük Vətən müharibəsində də ermənilərlə birlikdə bizə qarşı savaşdılar”.

Deputat deyir ki, bütün bunlara baxmayaraq, Azərbaycanın milli iradəsi, qətiyyəti, gücü və cəsarəti Azərbaycan xalqının yetişdirdi ordu və bu ordunun Müzəffər Ali Baş Komandanı qalib gəlmıyi bacardı:

"Bu, bütövlükdə Azərbaycan xalqının milli gücünün qalibiyyəti idi. Ona görə də 8 noyabr-Zəfər bayramından danışanda onun haqqında milli bayram kimi danışırıq. Ancaq məsələ təkcə bayram deyil, eyni zamanda 44 günlük müharibəsinin bizə gətirdiyi yeni reallıqların qorunması, onun daha da inkişaf etdirilməsi, dərinləşdirilməsi, gənc nəslimizə şanlı tariximizin çatdırılması bayramın əsas komponentlərindən birinə çevrilməlidir. Yeni nəsil daima hansı zülmlərdən, məşəqqətlərdən, mübarizələrdən keçərək bu bayrama qovuşduğumuz haqqında aydın təsəvürlərə malik olmalıdırlar ki, gələcəkdə də qələbəmizi qoruya bilsinlər. Bu milli enerjini, milli emusiyanı özlərindən sonrakı nəsilə ötürə bilsinlər”. 
 


Hikmət Babaoğlu hesab edir ki, bundan sonra Azərbaycan dövləti daha da güclənəcək:

"Müharibədən 4 il örtməsinə baxmayaraq, bu reallıqları qəbul etmək istəməyənlər var. Hələ də bizim qələbəmizin gətirdiyi əhval-ruhiyyəyə, milli birliyə qarşı, Azərbaycanın daxili həmrəyliyini pozmağa cəhd göstərən mərkəzlər var. Ona görə də bu bayramın Azərbaycan tarixinin ən mühüm səhifələrindən, dövlətçilik və hərbi siyasi tariximizin ən mühimb günlərindən biri kimi yadda qalması üçün məktəblərdə, ictimai- siyasi mühütün bütün sahələrində 44 günlük müharibədə əldə etdiklərimiz və müharibəyə kimi gələn yol, dövlət quruculuğu prosesi daima gündəmdə qalmalı və öyrədilməlidir”. 

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->