Ümid Partiyasının Təbliğat və informasiya şöbəsinin müdiri Röya Rəfili vəzifəsindən istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Röya Rəfili özü məlumat yayıb. O, həmçinin Ümid Partiyasından da istefa verib:
"Bu gündən Ümid Partiyasının təbliğat və informasiya şöbəsinin müdiri deyiləm. Bu, partiyanın mətbuat xidmətinin rəhbəri postu idi. Həmin postdan və həmçinin partiya üzvlüyündən istefa verdim. Hazırda tam olaraq işsiz sayılıram”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər