"Ramil Səfərov ermənini öldürməkdə düz eləməyib”, "Ramil Səfərov əccəb eləyib öldürüb, hələ az eləyib, o bir qəhrəmandır” - bunlar bu gün Ramillə bağlı səslənən əks fikirlərdi. Bunların heç birini ucadan demək doğru deyil. "Ramil Səfərov ermənini öldürüb" - fakt budur, belə deyilməlidir, vəssalam.
Hüquqdan baxanda Ramil qatildir. Həm də əliyalın insan qanı tökmüş çox dəhşətli qatil. Ancaq biz elə baxmırıq, baxa bilmirik, bilmərik də. Çünki erməni bizim gözümüzdə insan deyil, sadəcə vəhşiliyi, alçaqlığı yerə-göyə, kitaba-tarixə sığmayan gözünü qan örtmüş düşməndir. Hətta düşmən də deyil, düşmən belə olmur. Sadəcə, məxluqdur...
Ramil onu öldürməyə bilərdimi? Əlbəttə. Onunçün bayraq şərəfi olmasaydı, rahatca bu işdən imtina edərdi. O, bütün həyatının, gələcəyinin üstündən xətt çəkib o addımı atdı. Şərəfi, heysiyyəti, qüruru məntiqini üstələdi. Ramilin ölkəsi qalib olsa, təhqirləri vecinə almazdı, çünki gücsüzün söyüş söyməsi adi haldı. Ancaq orada söyən həm qalib, həm qatil, həm işğalçı, həm namusumza təcavüz edən dövlətin, ramil isə Azərbaycanın rəmziydi. Buna dözmək üçün, necə deyərlər, gərək ancaq peysər olasan.
Biz ömrü boyu anamızı solaxay zərbələrlə ağlar qoyan erməniyə ikicə dəfə dərs vermişik: Mübariz və Ramilin simasında. Eybi yox, tarix bizi bağışlar: qoy bir dəfə də biz vəhşi olaq. "Abbasqulu ağanın nazıyla oynaya-oynaya” bu günə qalmışıq. Həm daxildə, həm xaricdə...
Ermənilərin Azərbaycana və ümumən türklərə etdiklərini düşünəndə, deyirsən, Ramil hələ çox az edib (çox edənimiz də olub, şükür). Bəli, o olunanların qarşısında bir nəfər nədi ki? Ancaq bunun adı bilirsinizmi nədir? Qan davası, qisas. Qan davası yaxşı şeydirmi? Xeyir! Gələcəyi varmı? Yox! Ancaq biz "xeyir” deməklə, "qana-qan”dan əl çəkməklə erməni dünyanın bütün torpaqları onun olanacan qan tökməkdən əl çəkəcəkmi? Yox! Bu millətin yaramaz övladları onun beynini elə pis zəhərləyib, elə pis virusa yoluxdurublar ki, artıq onların milli xilası belə mümkün görünmür. Biz isə nə erməni başı kəsməliyik, nə hansısa vəhşi akta imza atmalı, nə də... nə də bəzi liberalların dediyi kimi, erməni anaların göz yaşlarının qayğısına qalmaq haqda düşünməli. Bizim bir çıxış yolumuz var: Torpaqlarımızı azad edib, bir də itirməmək şərtilə qorumaq, vəssalam.
O zaman Respublika Bayramımız ikiqat olacaq. Bayramımız ikiqat qutlu olsun!
Şərhlər