"Kocaelispor" klubuna keçəcəyi gözlənilən Ramil Şeydayevin Türkiyə təmsilçisindəki qazancı bəlli olub.
Qaynarinfo "Nokta" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro (təxminən 560 min manat) əldə edəcək.
Ramil Şeydayevin növbəti mövsüm üçün qazancı isə 550 min avro (təxminən 1 milyon manat) olacaq.
Qeyd edək ki, oyunçunun "Kocaelispor"la 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
Şərhlər