"Qarabağ"ın baş direktoru Asif Əsgərov komandanın rusiyalı qapıçısı Andrey Lunevin Rusiya Premyer Liqası (RPL) klubuna keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qaynarinfo bu barədə "Sport Express"ə istinadən xəbər verir.
"Rubin Lunevlə bağlı bizimlə əlaqə saxlamadı. Amma Andrey bizim qapıçımızdır. Biz onu buraxmaq fikrində deyilik", deyə Asif Əsgərov bildirib.
Qeyd edək ki, inkazan.ru saytı Rusiyanın 2 klubunun "Qarabağ”ın futbolçusu Andrey Lunyovla maraqlandığını yazıb. Bildirilir ki, Premyer Liqa təmsilçiləri "Rubin” və "Rostov” qapı xəttini 32 yaşlı qolkiperlə gücləndirmək fikrinə düşüblər. Hər iki klub Andrey Lunyovla müqavilə bağlamaq imkanlarını nəzərdən keçirir.
Andrey Lunyovun "Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Rusiya millisinin üzvü ölkəsində son olaraq 2017-2021-ci illərdə "Zenit”in formasını geyinib. O, "Qarabağ"a ötən yay Almaniyanın "Bayer" klubundan keçib. Komandanın heyətində rusiyalı bütün turnirlərdə 15 oyun keçirib, 14 qol buraxıb. O, Avropa Liqasının qrup mərhələsində ən yaxşı 3 qapıçı sırasına daxil olub.
Aydın
Şərhlər