UEFA seyvlərin sayına görə Avropa Liqasının qrup mərhələsinin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.
Qaynarinfo xəbər veirr ki, reytinqdə birinci yeri Cənubi Kiprin "Aris" klubunun qapıçısı Vana tutub. Braziliyalı qolkiper 6 matçda 30 seyv edib.
İkinci yerdə Polşa "Rakuv”unun serbiyalı qapıçısı Vladan Kovaçeviç qərarlaşıb. O, 6 oyunda 27 seyv edib.
İlk "üçlüy"ü "Qarabağ”ın qapıçısı Andrey Lunev qapayır. Rusiyalı qolkiperin 6 matçda 23 seyvi var.
Seyvlərin sayına görə Avropa Liqasının ən yaxşı 10 qapıçısı:
1. Vana (Aris, Cənubi Kipr) - 30 seyv (6 oyun)
2. Vladan Kovaçeviç (Rakov, Polşa) - 27 (6)
3. Andrey Lunev (Qarabağ, Azərbaycan) - 23 (6)
4-5. Maksim Koval (Şerif, Moldova) - 22 (6)
4-5. Kjell Scherpen (Şturm, Avstriya) - 22 (6)
6-7. Peter Vindahl-Yensen (Sparta, Çeciya) - 21 (6)
6-7. Cek Batlend (Reyncers, Şotlandiya) - 21 (6)
8. Şərif Keuf (Makkabi Hayfa, İsrail) - 20 (5)
9. Entoni Moris (Union Saint-Gilloise, Belçika) - 18 (6)
10-16. Piter Abrahamson (Hakken, İsveç) - 17 (6)
10-16. Tobias Laval (LASK, Avstriya) - 17 (6)
10-16. Guillaume Rest (Tuluza, Fransa) - 17 (6)
10-16. Oliver Petersen (Molde, Norveç) - 17 (5)
10-16. Pau Lopez (Marsel, Fransa) - 17 (5)
10-16. Matey Kovar (Bayer, Almaniya) - 17 (5).
Aydın
Şərhlər