İndoneziya prezidenti Coko Vidodo Rusiya prezidenti Vladimir Putinin G20 toplantısında iştirak etməyi planlaşdırdığını bildirib.
Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər
verir.
G20-nin növbəti görüşü noyabrda Balidə keçiriləcək.
"Putin mənə dedi ki, bu görüşdə iştirak edəcək", - İndoneziya prezidenti deyib.
O, həmçinin bildirib ki, Çin prezidenti Si Szinpin də bu görüşdə iştirak etməyi planlaşdırır.
Xatırladaq ki, Ukrayna prezidenti də G20-yə qonaq qismində dəvət alıb.
İndoneziya tərəfinə sammit çərçivəsində Vladimir Putin və Vladimir Zelenski arasında görüşü təşkil etmək mümkün görünür. Tərəflərdən heç biri görüşmək üçün hər hansı xüsusi istəyi ifadə etməyib.
Qeyd edilir ki, Putinin Ukrayna müharibəsinə görə təcrid olunmasından sonra BMT Baş Assambleyasına qatılmaqdan çəkindiyi kimi, G20 toplantısına da qatılmayacağı ehtimal edilirdi.
M.Arif
Şərhlər