PSJ-nin ispan futbolçusu Serxio Riko mindiyi atın yıxılması nəticəsində xəstəxanalıq olub.
Qaynarinfo-nun məlumatına görə, qapıçı İspaniyada at sürərkən qəza yaşayıb. Paris klubundan "Sky News"a verilən açıqlamada 29 yaşlı Rikonun Sevilyadakı xəstəxananın reanimasiya şöbəsində olduğu təsdiqlənib. Onun zədəsinin dərəcəsi ilə bağlı dəqiq açıqlama verilməsə də, PSJ rəsmisi qapıçının vəziyyətinin ağır olduğunu deyib.
İspaniya və Fransa mətbuatında yer alan məlumatlara görə, Riko İspaniyanın Huelva şəhəri yaxınlığında at sürərkən başqa bir qaçan atla toqquşub. Başından zədə aldığı bildirilən Riko helikopterlə Sevilya yaxınlığındakı xəstəxanaya aparılıb.
"Sevilya"nın və Paris klubunun rəsmi "Twitter" hesabılarında futbolçunun tezliklə sağalması və komandasına qayıtması arzulanıb.
Səbuhi Həsənov
Şərhlər