Xəbər lenti

Millinin sabiq futbolçusu: “Belələrinə niyə şans verilsin ki?”
İdman 14:10 30.11.2023

Millinin sabiq futbolçusu: “Belələrinə niyə şans verilsin ki?”

Bir neçə gün öncə baş tutan AFFA-nın İcraiyyə Komitəsinin iclasında Canni De Byazi ilə yolların ayrılmasına qərar verildi. Üç ildir millinin başında olan italyan mütəxəssisin gedişindən sonra yeni baş məşqçinin kim, yerli və ya əcnəbi olması ilə  bağlı müzakirələr gedir. 

Yığmanın sabiq futbolçusu Cavid Hüseynov da fikirlərini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında bunları deyib:

"Komandaya baş məşqçi təyin etməmişdən əvvəl hansısa strategiyanı nəzərdən keçirmək lazımdır. Yığmanın baş məşqçisindən nə gözlənilir, hansı müddətdə nəticə tələb olunur. Bu şeylər çox önəmlidir. Yoxsa, kimi götürürlərsə nəticə vermir. Futbolçuların yaşları nəzərdən keçirilməlidir. Hər zaman deyirəm, builki komanda millinin ən yaxşı heyətlərindəndir. Çünki əksəriyyəti öz klublarında əsas heyətdə oynayırlar. Daha yaxşı nəticə qazanmaq olar. Məqsəd, startegiya nədir, hanısı xırdalanmalı və stolun üstündə olmalıdır. Məşqçiyə də inkişaf üçün vaxt verilməlidir. Premyer Liqamızda elə məşqçilər var ki, oynatdığı futbola baxanda nə şəkil, nə də başqa bir şey görürsən. Belələrinə niyə şans verilsin ki? Tam peşəkar şəkildə yanaşılmalıdır”.

Hüseynov millidə ilk növbədə startegiyanın vacibliyini vurğulayıb:

"Yerli və ya əcnəbi məşqçilər ola bilər. Neçə illərdir, əcnəbilər baş məşqçilik edir. Yerlilərə də şans verilməlidir. Sadəcə, strategiya bilinməlidir. Yoxsa yerli məşqçi gəlsin, iki-üç oyun məğlub olduqdan sonra vəzifəsindən göndərilsin, bu da düzgün deyil. Deyə bilmərik ki, bu gün yerli məşqçi gəlib milli ilə elə ilk ilində nəticə verəcək. Bu mümkün deyil. Əslində, mümkün də ola bilər, amma startegiya vacibdir. Bəlkə startegiya var. De Byazi üç il işlədi, bu müddətdə hansısa inkişaf görmədik. Son oyunlarda nəsə hiss edilirdi, amma olmadı”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->