"Fənərbağça"dan ayrılan Mesut Özilin yeni klubu bəlli olub.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Başakşehir"in formasını geyinəcək. Təcrübəli oyunçu ilə yaxın günlərdə müqavilə bağlanacaq.
Özil 2021-ci ilin yanvarında "Fənərbağça" ilə 3,5 illik sözləşmə imzalamışdı. Özil bu il martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı. Klub iyulun 11-də təcrübəli futbolçunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Səbuhi Həsənov
Şərhlər