Xalq artisti, görkəmli kaman ifaçısı Habil Əliyevin ömür-gün yoldaşı Şərqiyyə Əliyeva vəfat edib.
Qaynarinfo bildirir ki, moderator.az-a açıqlama verən sənətkarın qızı Vəfa Əliyeva anasının bir neçə ay əvvəl dünyasını dəyişdiyini bildirib.
"Anam oktyabr ayının 25-də dünyasını dəyişib. Xəstəliyinin ağırlaşdığını mətbuata xəbər vermədik. Elə 2 günün içində vəziyyəti ağırlaşdı, komaya düşdü və rəhmətə getdi. Eynən atam kimi. Həm də atamın vəfat etdiyi yaşda anam rəhmətə getdi" deyə Vəfa Əliyeva bildirib
Şərhlər