Sadio Mane son vaxtlar bir çox oyunçunun özünü xoşbəxt hiss etmədiyi deyilən Səudiyyə Ərəbistanı Pro Liqasını tərifləyib.
Qaynarinfo-nun məlumatına görə, ötən il Səudiyyə Ərəbistanı Liqasına qədəm qoyan ulduzlar son vaxtlar liqanı tənqid edib Avropaya qayıtmağa çalışsalar da, Sadio Mane əksini söyləyib. Seneqallı ulduz bu yay "Bavariya"dan "Al-Nassr"a keçib və burada 30 oyuna çıxıb. Mane liqanın keyfiyyətinin günü-gündən artdığını və bu yüksəlişin davam edəcəyini bildirib.
Hazırda Afrika Millətlər Kubokunda Seneqal millisinin heyətində çıxış edən "Liverpul”un sabiq futbolçusu Səudiyyə Ərəbistanında özünü diqqətdən kənarda hiss edib-etməməsi ilə bağlı suala cavabında, "Mən Avropada olmadığım üçün belə düşünürsünüz. Bu sizin üçün kədərlidir. Çünki Avropada oynamasan da fərq etməz. Xoşbəxtlikdən deyə bilərəm ki, çox yaxşı liqadır və dünyada hamı tərəfindən izlənilir. Ona görə də əlimdən gələni etdiyim və hər dəqiqədən həzz aldığım müddətdə bu mənim üçün daha vacibdir. Qalan heç nəyin mənim üçün əhəmiyyəti yoxdur”.
Ötən yay Səudiyyə komandaları heyətlərinə bir sıra ulduzları cəlb etdi. Kriştiano Ronaldo, Neymar, Kərim Benzema kimi ulduzlar Səudiyyə Ərəbistanı Pro Liqasına getdi. Təbii ki, onların qərarına ərəblərin təklif etdiyi astronomik məbləğlər böyük təsir göstərdi.
Səbuhi Həsənov
Şərhlər