Xəbər lenti

Mane bu kəndi şəhərə çevirmək istəyir
İdman 19:02 21.06.2022

Mane bu kəndi şəhərə çevirmək istəyir

"Liverpul"un ulduzu Sadio Mane doğulduğu Seneqalın Bambali kəndini şəhərə çevirmək qərarına gəlib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 455 min funt-sterlinqə yeni xəstəxananın tikintisini maliyyələşdirən vinger, həmçinin məktəb inşası üçün 200.000 funt-sterlinq xərcləyib.

Mane həmçinin kənddəki ailələrə hər ay 70 avro (49 935 Seneqal frankı) ödəyir. Bununla yanaşı onları yüksək sürətli internetlə təmin edir. Mane Bambali liseyinin ən yaxşı nəticə göstərən şagirdlərinə də dəstək göstərir. Onların təhsillərinə kömək üçün noutbuklar və hər birinə 400 dollar təqdim edir. O, doğulub boya-başa çatdığı kəndində uşaqlara pulsuz idman geyimləri də verir.

31 yaşlı futbolçu həm də kəndini şəhərə çevirmək üçün yeni yanacaqdoldurma məntəqəsi və poçt şöbəsi tikir.

Manenin "Liverpul"dan ayrılıb "Bavariya"ya keçəcəyi gözlənilir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->