Cari mövsümün yekunlarına əsasən İngiltərə Premyer Liqasından Çempionşipə düşən "Lester"in yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, komanda "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərmiş italiyalı Enzo Mareskaya həvalə olunub. Bu barədə "şəhərlilər"in rəsmi saytı vasitəsilə elan verilib.
Klubdan verilən açıqlamada 43 yaşlı italiyalı mütəxəssislə üçillik müqavilə imzalandığı bildirilib. "Lester Siti" də müqavilələri bitən baş məşqçi Din Smit, onun köməkçiləri Kreyq Şekspir və Con Terri ilə müqavilələrin yenilənməyəcəyi də açıqlanıb.
2021-ci ildə "Parma"nı çalışdıran Mareska, "Askoli", həmçinin "Sevilya" və "Vest Hem"in də məşqçilər korpusunda yer alıb.
Səbuhi Həsənov
Şərhlər