Hələlik müqavilə ilə bağlı nəsə deyə bilmərəm.
Bunu "Qarabağ”ın qapıçısı Andrey Lunyovov deyib.
Rusiyalı qolkiper növbəti mövsümdə "Qarabağ”da qalıb-qalmayacağı barədə yekun qərar vermədiyini bildirib. O, hələlik qazanılan Azərbaycan kubokunun dadını çıxaracağını deyib: "Hazırda qələbənin sevincini yaşayıram. Gələcək barədə düşünmək üçün zamana ehtiyacım var”.
Qeyd edək ki, Lunyov "Qarabağ”la yeni müqavilə imzalamayıb.//Trend.az
Şərhlər