İngiltərə Premyer Liqa təmsilçisi "Everton" baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, bu haqda klub rəsmi məlumat yayıb.
Cari mövsümdə "Everton"u 20 oyuna çıxaran keçmiş futbolçu cəmi 3 qələbə qazana bilib. "Sky Sport"un xəbərinə görə, rəhbərlik Lempardın boş qoyduğu postu Marselo Bielsaya həvalə etmək istəyir.
Lempard 2022-ci ilin yanvarından "Everton”da çalışırdı. O, daha əvvəl "Derbi" və "Çelsi"ni çalışdırıb.
İngilis çalışdırıcı bu mövsüm orta hesabla 0,78 xal toplayıb.
Səbuhi Həsənov
Şərhlər