Xəbər lenti

La Liqa rəsmisi
İdman 11:56 16.06.2022

La Liqa rəsmisi "Mançester Siti" ilə PSJ-dən UEFA-ya şikayət edib

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Fransa klubu PSJ-nin və İngilərə təmsilçisi "Mançester Siti"nin Maliyyə Feyr-Pleyi qaydalarını pozduğuna görə UEFA-ya şikayət edildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu haqda La Liqadan açıqlama verilib. Tebas sözügedən klubların transferlərə həddindən artıq pul xərclədiyini vurğulayıb. O, PSJ-nin Kilian Mbappe ilə müqaviləni yenilədikdən sonra maliyyə qaydalarının pozulduğunu əsas gətirib: "PSJ-nin Mbappe ilə müqaviləni uzatmaq üçün ödəyəcəyi hədsiz qiymətlər futbola təhqirdir. Klubun prezidenti Nasser əl-Xəlifi Superliqanın formalaşması qədər təhlükəlidir".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->