Rusiyaya qarşı hərbi əməliyyatlar zamanı Kiyevə kömək etməkdən imtina edən dövlətlər hərbi münaqişə başa çatdıqdan sonra cavab verəcəklər.
Qaynarinfo Kommersant-a istinadən xəbər verir ki, bu fikri Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba BBC-yə müsahibəsində bildirib.
"Əgər dünyada kimsə düşünürsə ki, bu və ya digər ölkənin tarixinin ən qaranlıq məqamında Ukrayna ilə necə davranması və ya rəftar etməsi gələcək münasibətlərin qurulmasında nəzərə alınmayacaq, bu insanlar diplomatiyanın necə işlədiyini sadəcə bilmirlər”, - nazir bildirib.
Cənab Kulebanın fikrincə, bu hərbi münaqişə zamanı "özünü səhv aparan” və "Ukrayna ilə amansız rəftar edən” ölkələr gələcəkdə də cavab verməlidirlər. Bütün bu amillər Kiyev tərəfindən nəzərə alınacaq, çünki hərbi əməliyyatlar zamanı "hər kəs öz seçimini etməlidir", - Ukrayna XİN rəhbəri izah edib.
Bundan əvvəl Dmitri Kuleba bildirib ki, Ukrayna iki cəbhədə - diplomatik və hərbi cəbhədə böyük döyüşə hazırlaşır. Onun fikrincə, bir çox dövlətlər Kiyevi Rusiya ilə danışıqlara razı salmağa başlaya bilər.
Nizami Bağırov
Şərhlər