Türkiyə Superliqası hakimlərindən Mete Kalkavan karyerasını bitirib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasından açıqlama verilib. Açıqlamada 45 yaşlı referinin Hakim Akademiyasında VAR təlimi rəhbəri təyin olunduğu bildirilib.
Kalkavanla bağlı Türkiyə klublarından "Trabzonspor" prezidenti Ertuğrul Doğan narazılığını bildirmişdi. O, TFF-dən Kalkavanın vəzifəsini tərk etməklə bağlı söz aldıqlarını bildirmişdi.
"Trabzonspor"un rəhbəri hələ noyabrda baş tutan "Fənərbağça"ilə oyundan sonra Kalkavana qarşı sərt ifadələr işlətmişdi. O, "Bu kobudluğa, əxlaqsızlığa artıq son qoyulmalıdır. Görəsən VAR-da oturan dost bundan sonra Türkiyədə hakimlik edə biləcək? Bütün klubların eyni problemləri var. Ali bəy də, başqa prezidentlər də eyni şeyi deyir. Bu qədər texnologiya gəlib, VAR-da nəyə baxırsan? Yenə deyirəm, mən öz yerimizdən danışmıram. Bu gün mənim başıma gəlir, sabah başqasının başına gəlir. Heç kim gözəllik istəməz. Qarşılaşmanı kişi kimi idarə et. VAR-ın əvvəlində mövqeyin təkrarlandığını görürsən, bizim üçün başqa, "Fənərbağça" üçün başqa şey oynayırsan. Ortada inanılmaz fırıldaqçılıq var” - deyə o bildirmişdi.
Səbuhi Həsənov
Şərhlər