Xəbər lenti

Keçmiş baş nazirə qarşı sui-qəsdin üstü açılıb
Dünya 17:07 13.09.2023

Keçmiş baş nazirə qarşı sui-qəsdin üstü açılıb

Finlandiya polisi ifrat sağçı qrupun nümayəndələrini ölkənin keçmiş baş naziri Sanna Marinə qarşı sui-qəsddə ittiham edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" Finlandiyanın Lahti şəhərində keçirilən məhkəmə prosesində açıqlanan məlumatlara istinadən yazır

Nəşrin yazdığına görə, radikallar hələ ötən ilin avqustunda siyasətçiyə qarşı sui-qəsd təşkil etmək istəyiblər. "The Times" qeyd edir ki, hazırda 4 şübhəli var, onlar qanunsuz olaraq odlu silah saxlamaqda və terror aktı hazırlamaqda ittiham olunurlar. Nəşr əlavə edir ki, söhbət 3D printerlərdən istifadə edilməklə evdə hazırlanmış silahlardan gedir.

Sənədlərə görə, Finlandiya polisi axtarışlar zamanı təkcə Sanna Marinə deyil, həm də dövlətin digər siyasətçilərinə və ictimai xadimlərinə sui-qəsd planları olan siyahılar tapıb. Eyni zamanda, saxlanılan radikallar, hüquq-mühafizə orqanlarının fikrincə, demokratik cəmiyyətin süqutunu sürətləndirmək üçün zorakılıqdan istifadəni müdafiə edən ideologiya olan "akselerasiya”ya sadiqdirlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->