Xəbər lenti

Keçmiş baş nazir media və əyləncə sənayesinə girməyə hazırlaşır
Dünya 16:29 28.09.2023

Keçmiş baş nazir media və əyləncə sənayesinə girməyə hazırlaşır

Finlandiyanın keçmiş baş naziri Sanna Marin televiziya, film, media və əyləncə sənayesinə daxil olmaq məqsədi ilə "Range Media Partners" agentliyi ilə müqavilə imzalayıb.

Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, Hollivud ulduzları da daxil olmaqla bu sagədə bir çox dünyaca məşhur sənətçi, aktyor və rejissorla işləyən "Range Media Partners" naziri Sanna Marinlə anlaşıb.

Sanna Marin daha əvvəl liderlərə məsləhət vermək üçün Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyrin adını daşıyan institutun heyətinə qoşulmuşdu.

2019-cu ildə, 34 yaşında Finlandiyanın ən gənc baş naziri olan Sanna Marin bu ilin aprel ayında keçirilən seçkilərdə uduzmuş və bundan sonra siyasətdən getdiyini açıqlamışdı.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->