Xəbər lenti

Kartof niyə ucuzlaşıb? (ŞƏRH)
Ekonomiks 13:15 01.08.2024

Kartof niyə ucuzlaşıb? (ŞƏRH)

"Azərbaycanda kartofun qiyməti mövsümü xarakter daşıyır". 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Əli Əlirzayev kartofun istehsalının aşağı düşməsindən danışarkən deyib. 

Onun sözlərinə görə, qiymətin dəyişməsi bazarın diqtəsi ilə müşahidə olunur:

"May-iyun aylarında kartofun istehsalı kəskin artdı və bazarlarda satış qiyməti aşağı düşdü. Xarici ölkələrə ixracı da artıb. Ona görə qiymət aşağı düşdü. Bu da onun sonrakı aylarda istehsalına mənfi təsir etdi". 

Əli Əlirzayev yay aylarında istəlinən kənd təsərrüfatı məhsullarının qiymətinin artıb-azalmasının normal olduğunu əlavə edib: 

"Kartof mövsümü xarakter daşıyır. İndi kartof olmur ki, ya yaz, ya da payız aylarına satışa çıxır. Noyabr ayında kartof istehsalı daha da artacaq". 

Qeyd edək ki, Azərbaycanda kartof istehsalı aşağı düşüb. Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,5 faiz azalıb. Hesabat dövründə isə ölkədə 46 752,1 hektar ərazidə kartof əkilib. Ötən ilin eyni dövründə 49 475,5 hektar ərazidə kartof əkilmişdi. Tovuzda kartof istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə, Cəlilabadda 2 dəfə, Şəmkirdə 14,6 faiz azalıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->