Xəbər lenti

İspaniyada 40 klub
İdman 15:57 22.02.2023

İspaniyada 40 klub "Barselona"ya etiraz etdi - "Real" onlara qoşulmadı

İspaniyanın 1-ci və 2-ci liqa klublarının yer aldığı La Liqa "Barselona"ya rəsmi şəkildə etirazını bildirib.

Qaynarinfo-nun məlumatına görə, Hakimlər Texniki Şurasının keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya məxsus şirkətə pul ödədiyi üzə çıxan katalon klubuna qarşı sərt reaksiyalar verilib. 

La Liqayaya daxil olan 42 klubdan ("Real" və "Barselona" istisna olmaqla) 40-nın imzaladığı yazılı açıqlamada "Barselona"nın hakimlər haqqında məlumat almaq üçün pul ödəməsi iddialarının "son dərəcə ciddi" olduğu vurğulanıb. Həmin klublar hakimlər üçün hər hansı formada kənar ödənişlərə qarşı olduqlarını açıqlayıblar. Klubların açıqlamasında "Barselona" ilə bağlı iddialardan çox narahat olduqlarını, ictimaiyyət arasında hakim qalmaqalı ilə bağlı qanun pozuntularını ifşa etmək üçün "Neqreyra işi" ilə bağlı fəallıq göstərəcəklərini bildirib.

"Real"ın "Barselona" ilə bağlı sözügedən bəyannaməyə imza atmaması da diqqət çəkib.

1994-2018-ci illər arasında İspaniya Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Şurasının vitse-prezidenti vəzifəsində çalışmış Neqreyraya məxsus "DASNIL 95 SL" adlı şirkətin hesablarına 2016-2018-ci illər ərzində bu şirkətə 1 milyon 685 min 142 avro ödədiyi mətbuata sızıb. Neqreyra isə məsələ ilə bağlı prokurorluğa və İspaniya mətbuatına verdiyi açıqlamalarda "Barselona"ya şifahi məsləhət xidmətləri göstərdiklərini, hər zaman qərəzsiz davrandıqlarını və katalon klubunun xeyrinə heç bir məlumat axınının olmadığını bildirib.

"Barselona"nın prezidenti Xuan Laporta isə bu dövrdə mövzu ilə bağlı xəbərlərin təsadüf olmadığını iddia edərək, lazım gələrsə, klubun hüquqlarını qorumaq üçün qanuni addım atacaqlarını açıqlasa da, jurnalistlərin suallarını cavabsız qoyub. "Barselona"nın hakimlərə qazanc üçün pul ödədiyi iddiaları müəyyənləşdirilərsə klubun aşağı liqaya düşməsi hətta 5 ilə qədər çempionatdan uzaqlaşdırılması ehtimalı olduğu deyilir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->