Xəbər lenti

İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiyanı qaytarmağı vəd etdi
Dünya 16:40 03.02.2024

İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiyanı qaytarmağı vəd etdi

Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze özünün seçki proqramında əsas məqsədlər kimi Avropa İttifaqı və NATO-ya qoşulmağı, Rusiya ilə münasibətlərin sülh yolu ilə həllini, Abxaziya və Cənubi Osetiya ərazilərinin sülh yolu ilə respublikaya qaytarılmasını göstərib. 

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Gürcüstan parlamentinə "Avropa dövlətinin qurulması üçün" adlı proqram təqdim edilib. Fevralın 8-də parlament baş nazirliyə namizədə, onun hökumət tərkibinə və hökumət proqramına etimadı ifadə etmək üçün toplaşacaq.

Kobaxidzenin proqramında deyilir: "Dövlətin əsas vəzifəsi Gürcüstanın Avropa İttifaqına və Avro-Atlantik strukturlara üzvlüyü, ölkənin ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməkdir...".

Qeyd edək ki, 2008-ci il avqustun 8-nə keçən gecə Rusiya Cənubi Osetiyaya qoşun yeridib. Avqustun 26-da Moskva Cənubi Osetiyanın, bir neçə il əvvəl isə Abxaziyanın müstəqilliyini tanıyıb. 

Bu arada, Gürcüstan parlamentindəki müxalifət fraksiyalarının yeni hökumətə etimad səsverməsindən imtina edəcəyi açıqlanıb. Bu barədə müxalif Vahid Milli Hərəkat Partiyasının rəhbəri Levan Xabeişvili və parlamentdəki müxalifət liderlərindən biri - Teona Akubardiya məlumat verib.

"Bizim baş nazirliyə namizəd Kobaxidzeyə çoxlu suallarımız var, lakin onun konkret nəsə deyəcəyi ehtimalı azdır. Xüsusilə, Gürcüstanın xarici siyasət kursunun necə olacağı ilə maraqlanırıq", deyə Gürcüstan parlamentindəki parlament müxalifətinin liderlərindən biri olan Teona Akubardia bildirib.

Öz növbəsində, Gürcüstanın ən böyük müxalifət partiyası Vahid Milli Hərəkatın rəhbəri Levan Xabeişvili parlamentdəki bütün son siyasi dəyişiklikləri uydurma adlandırıb və yeni nazirlərin əhalinin real problemləri ilə maraqlanmadığını vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->