Xəbər lenti

İqtisadçı Həcc ziyarətinə gedənlərə çağırış etdi:
Ölkə 19:11 08.07.2022

İqtisadçı Həcc ziyarətinə gedənlərə çağırış etdi: "Burda qurban kəsməlisiniz"

"İslam dininə görə qurban kəsmək imkanı olan vətəndaşın borcu və vəzifəsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, imkanlı olan vətəndaşlar qurban kəsib imkansız insanlara paylamalıdırlar:

"Bu baxımdan da kimin imkanı yoxdursa, sabah mütləq qurban kəsməyə məcbur deyil. Qurban kəsməmək o demək deyil ki, onlar bayram etmir. Hamının bayramıdır. Qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacibdir”. 

Ətin 1 kiloqramının neçəyə satılmasına gəlincə, Əkrəm Həsənov deyib ki, məsələyə hüquqi tərəfdən yanaşırıqsa qiymətlər tənzimlənməməlidir:

"Azərbaycan bazar iqtisadiyyatına keçib. Bu da o deməkdir ki, müqavilə azadlığı var. Yalnız bəzi mallar və bəzi xidmətlər istisna olmaqla digər malların qiymətləri sərbəstdir. Əgər söhbət ət satışından gedirsə, sabah insanlar qoyun, keçi, heyvan kəsəcək və bu sahədə də heç bir inhisar yoxdur. Həmin heyvanların satışı tam pərakəndədir. Kim necə istəyirsə, o qiymətə də satacaq. Əgər onlar qiymət artıracaqlarsa, bu o deməkdir ki, onların həmin heyvanlara tələbatı artacaq. Bu da  bazar iqtisadiyyatı prinsiplərinə tamamilə uyğundur”.

Əkrəm Həsənov problemə dini tərəfdən də baxıb:

"Biz müsəlmanıq və bu bayram bizim üçün müqəddəsdir. Yaxşı olardı ki, heyvanları satanlar bunu nəzərə alıb qiymətləri qaldırmasınlar".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->