"Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq qulluq keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşları bir neçə dəfə artırılmalıdır".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki,təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır:
"Məsələnin normal məcraya gəlməsi üçün kifayət qədər zaman tələb olunur. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olacaq".
Qafqaz Rafiqoğlu
Şərhlər