"Tovuz" Xeyriyyə Cəmiyyətinin sədri, "Turan" futbol klubunun keçmiş prezidenti, tanınmış iş adamı Musa Süleymanovla Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo-nun məlumatına görə, iş hazırda Ali Məhkəmədədir.
Kassasiya şikayətini dövlət qurumunun verdiyi bildirilir. Məhkəmə çəkişməsi icarə müqaviləsinə dair mübahisələrlə bağlıdır.
Musa Süleymanov 90-cı illərdən biznes fəaliyyətinə başlayıb. 1991-ci ildə "Simurg-M" Firmasını təsis edib. 1998-ci ilə qədər firmanın rəhbəri vəzifəsində çalışıb. 1996-cı ildə isə "Simurg-M" Tele-Radio Kompaniyasını təsis edib.
Hazırda "ADO-G İnşaat, Təchizat və Quraşdırma" MMC-nin prezidentidir.
Musa Süleymanov 2014-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib. 2017-ci ildə isə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Seyid
Şərhlər