Xəbər lenti

Gürcüstanın baş naziri istefa verdi
Dünya 17:10 29.01.2024

Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

O, bu barədə keçirdiyi brifinqdə məlumat verib.
 
Bundan hökumətyönlü "İmedi” telekanalı hökumət və parlamentdəki mənbələrə istinadən məlumatg yaymışdı ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili postunu tərk edərək hakim "Gürcü arzusu” partiyasına rəhbərlik edəcək. Onu baş nazir postunda partiyanın hazırkı sədri İrakli Kobaxidze əvəz edəcək. 

"İmedi”nin məlumatına görə, xarici işlər naziri də daxil olmaqla, altı nazir hökumətdəki vəzifələrini tərk edəcək. Nəşrin məlumatını parlamentin vitse-spikeri Georgi Volski qismən təsdiqləyib. Onun sözlərinə görə, "fevralın 1-də partiyanın qurultayı keçiriləcək və orada rəsmi bəyanat veriləcək”.

Bildirilir ki, dəyişikliklər nəticəsində hakim partiyada yüksək vəzifələrdən birini "Gürcü arzusu” partiyasının yaradıcısı, milyarder Bidzina İvanişvilinin oğlu, hazırda Fransada yaşayan Uta tuta bilər.

Mümkün dəyişikliklər Bidzina İvanişvilinin aktiv siyasətə qayıdışı ilə əlaqələndirilir. Partiyanın 2023-cü il dekabrın 30-da keçirilən qurultayında İvanişvili "Gürcü arzusu”nun fəxri sədri vəzifəsinə seçilib və çıxışı zamanı qeyd edib ki, o, "hakim partiyanı korrupsiya risklərindən qorumaq” üçün siyasətə qayıdır.

İrakli Qaribaşvili 2013-2015-ci illərdə ölkənin baş naziri olub. 2019-cu ildə Müdafiə Nazirliyinə rəhbərlik edərək hökumətə qayıdıb və 2021-ci ilin fevralında yenidən baş nazir seçilib.

İrakli Kobaxidze 2016-2019-cu illərdə Gürcüstan parlamentinin spikeri olub. O, Tiflisdə kütləvi etirazlar fonunda istefaya getməyə məcbur olub: 2019-cu ilin yayında müxalifət tərəfdarları, ilk növbədə Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat” partiyası, Rusiya Dövlət dumasının deputatlarının Gürcüstanın qanunverici orqanında çıxışından sonra parlament binasına basqın etməyə cəhd ediblər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->