Xəbər lenti

Gürcüstan müxalifəti şəxsi uçuşlara görə baş nazirin istefasını tələb edir
Dünya 17:35 11.09.2023

Gürcüstan müxalifəti şəxsi uçuşlara görə baş nazirin istefasını tələb edir

Gürcüstanda müxalifət baş nazir İrakli Qaribaşvilinin hökumət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə etməsi ehtimalına görə onun vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.

Bu barədə Qaynarinfo "Georgia News”a istinadən xəbər verir

Söhbət Qaribaşvilinin avqustun sonundakı şəxsi səfərindən gedir: baş nazir Pensilvaniya Universitetində tədris ilinin başlanması münasibətilə oğlunu ziyarət etmək üçün ABŞ-a uçub.

Müxalifət iddia edir ki, vergi ödəyiciləri hesabına baş nazir ailə üzvləri ilə birlikdə hökumət təyyarəsi ilə Avropaya uçub və orada Münhen hava limanında müntəzəm sərnişin reysinə minib.

Vahid Milli Hərəkat Qaribaşviliyə qarşı cinayət işinin başlanması tələbi ilə prokurorluğa müraciət etdiyini açıqlayıb. "Lelo” partiyası isə impiçment prosedurunun təşkili ilə bağlı digər müxalifət partiyaları ilə məsləhətləşmələrə başlayır - ona başlamaq üçün 50 deputatın imzası lazımdır.

"Bizim böyük ümidlərimiz var ki, müxalifət ortaq mövqedə razılaşacaq və biz impiçment proseduruna başlaya biləcəyik”, - "Lelo” üzvü Salome Samadaşvili bildirib.

Eyni zamanda, hökumət Qaribaşvili ailəsinin dövlət büdcəsi hesabına uçmadığını iddia etsə də, konkret olaraq kimin pulu ilə uçduğunu göstərmir.
Mübahisələr zamanı məlum olub ki, təyyarə dövlət təhlükəsizlik xidmətinin balansındadır və onun texniki istismarına cavabdeh Rusiya Federasiyasına uçuşlar həyata keçirən "Georgian Airways” şirkətidir.

Onun təsisçisi Tamaz Qayaşvili bildirib ki, təyyarə həqiqətən uçub və baş naziri geri qaytarmaq üçün bir neçə gün Avropa hava limanında gözləyib. Amma o, uçuş və parkinq xərclərini kimin ödədiyini açıqlamayıb.

Hökumətin Strateji Kommunikasiyalar Departamenti baş nazirin hökumətin idarə etdiyi təyyarə ilə Avropaya uçduğunu etiraf edib. Amma o, çarterin "qeyri-büdcə təşkilatı və ya fərdi şəxs” tərəfindən ödənildiyini bildirir.

O, maraqlanan hər kəsi hər şeyi yoxlamaq üçün baş nazirin gəlir və xərclər haqqında bəyannaməsini gözləməyə dəvət edir - o, 2024-cü ilin sonunda dərc olunacaq.

Hakim "Gürcü Arzusu” partiyası hesab edir ki, hökumətin icazəsi olmadan Avropa liderləri ilə səfərə və danışıqlara görə prezident Salome Zurabişvilinin impiçmenti mövzusunu bağlamaq üçün müxalifətin baş nazirlə "uydurma qalmaqal”a ehtiyacı var.

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->