G7 ölkələri Rusiya Federasiyasına qarşı sanksiyalar rejiminin genişləndirilməsi, o cümlədən Moskvaya demək olar ki, bütün ixraca qadağa qoyulması imkanlarını müzakirə edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kyodo"
yazır.
Müvafiq qərar may ayında Yaponiyanın qərbində, Xirosimada keçiriləcək G-7 sammiti zamanı verilə bilər.
"G-7 ölkələri artıq Rusiyaya geniş çeşiddə malların, o cümlədən hərbi məqsədlər üçün istifadə oluna bilən məhsulların və dəbdəbəli malların ixracını dayandırıb. Lakin son plan işlənmiş avtomobillər, təkərlər, kosmetika və geyimlərə ticarət embarqosunu genişləndirə bilər”, - mənbə bildirib.
Həmçinin Yaponiyanın baş naziri Fumio Kişida prezident Vladimir Zelenskini onlayn görüşə qoşulmağa dəvət edib. Mayın 19-21-də keçiriləcək sammitdə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın, eləcə də Avropa İttifaqının liderləri iştirak edir.
Xatırladaq ki, G7 ölkələri, çox güman ki, dünyada kobud almaz tədarükünün təxminən üçdə birini təşkil edən rus almaz mədənçisi Alrosa-nın bir karatlıq iri almazlarına qarşı yeni sanksiyalar tətbiq edəcək.
Alpər
Şərhlər