G7 ölkələri Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna bilən komponentlər və texnologiyalar təqdim etdiyi iddia edilən Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaların tətbiqini müzakirə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"
yazır.
Agentliyin məlumatına görə, G7 fevralın 24-dək bu ölkələrə qarşı sanksiyalar paketinin hazırlanmasını müzakirə edir və G7 ölkələrinin hər birinin tədbirləri fərqli ola bilər.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, Avropa İttifaqı Ukraynada silahlı münaqişənin başlanmasının ildönümündə - fevralın 24-də Rusiyaya qarşı sanksiyaları genişləndirəcək.
Alpər
Şərhlər