Finlandiyanın baş naziri Sanna Marin, şahzadə Harrinin həyat yoldaşı Meqan Markl və məşhur amerikalı müğənni Billi Eyliş "Financial Times” qəzetinin 2022-ci ilin ən nüfuzlu 25 qadını siyahısına daxil edilib.
Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər
verir.
Onlara əlavə olaraq Britaniya tacından çıxmağı dəstəkləyən Barbados Baş naziri Mia Mottli, Kolumbiyanın vitse-prezidenti Fransia Yelena Markes Mina, ABŞ Ali Məhkəməsinin ilk qaradərili hakimi Ketanji Broun Cekson da diqqət çəkib. Pakistandakı daşqın problemi ilə bağlı çıxış edən ölkənin iqlim naziri Şerri Rəhman, fəal və həkim, abort haqqına dəstək verən Rebekka Qomperts, eləcə də bu il Nobel Sülh Mükafatını qazanan Ukrayna İnsan Hüquqları Təşkilatının rəhbəri Oleksandra Matviyçuk.
Qəzet ölkədə gənc iranlı qadın Məhsa Əminin ölümü ilə bağlı etirazlar fonunda iranlı qadınları da siyahıya daxil edib.
Ən nüfuzlu qadınların siyahısına aktrisa Mişel Yeo, dünyanın ən böyük maliyyə korporasiyalarından birinin baş direktoru Citigroup Ceyn Freyzer, yazıçılar Enni Erno və Çiççi Danqarembqa daxildir.
Alpər
Şərhlər