Xəbər lenti

İdman 16:47 26.08.2022

"Fənərbağça" və "Trabzonspor"un rəqibləri müəyyənləşdi - Avroliqanın bütün qrupları...

UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki mərasimdə 8 qrupun tərkibi dəqiqləşib.

Azərbaycan təmsilçisi "Qarabağ" G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"a (Fransa) rəqib olub.

Türkiyə klublarından "Fənərbağça" B qrupunda "Dinamo" (Kiyev, Ukrayna), "Renn" (Fransa) və AEK (Larnaka, Kipr) komandaları ilə, "Trabzonspor" isə H qrupunda "Srvena Zvezda" (Serbiya), "Monako" (Fransa), "Ferentsvaroş"la (Macarıstan) üz-üzə gələcək.

İstanbul təmsilçisi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"suna iki oyunun nəticəsinə əsasən məğlub olmuşdu - 0:0, 1:2.

A qrupu: "Arsenal" (İngiltərə), PSV, (Niderland), "Budö Qlimt" (Norveç), "Sürix" (İsveçrə)

B qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Renn" (Fransa), "Fənərbağça" (Türkiyə), AEK (Larnaka, Kipr)

C qrupu: "Roma" (İtaliya), "Lüdoqorets" (Bolqarıstan), "Betis" (İspaniya), HİK (Finlandiya)

D qrupu: "Braqa" (Portuqaliya), "Malmö" (İsveç), "Yunion" (Berlin, Almaniya), "Yunion" (Belçika)

E qrupu: "Mançester Yunayted" (İngiltərə), "Real Sosyedad" (İspaniya), "Şerif" (Moldova), "Omoniya" (Kipr)

F qrupu: "Latsio" (İtaliya), "Feyenoord" (Niderland), "Midtüllan" (Danimarka), "Şturm" (Avstriya)

G qrupu: "Olimpiakos" (Yunanıstan), "Qarabağ" (Azərbaycan), "Frayburq" (Almaniya), "Nant" (Fransa)

H qrupu: "Srvena Zvezda" (Serbiya), "Monako" (Fransa), "Ferentsvaroş" (Macarıstan), "Trabzonspor" (Türkiyə)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->