Klublararası dünya çempionatının finalında baş tutan "Mançester Siti" - "FLuminense" matçı qalmaqalsız ötüşməyib.
Qaynarinfo-nun məlumatına görə, qarşılaşmanın final fitindən sonra "Mançester Siti"nin futbolçusu Cek Qrilişlə Felipe Melo arasında gərginlik yaşanıb. Daha sonra Qrilişin komanda yoldaşı Kayl Volker olaya müdaxilə edib və Melo ilə bu futbolçu arasında da dava düşüb. Yalnız digər futbolçuların müdaxiləsindən sonra gərginlik azalıb.
Braziliyalı futbolçu oyundan sonra hərəkəti ilə bağlı verdiyi açıqlamada, "Matçın sonunda problem yaratdığımı deyən axmaqlar var idi. Qriliş bu gün "Fluminense"yə hörmətsizlik etdi. Meydandakı futbolçu buna dözə bilməz. Tribunalardakı azarkeşlər belə hərəkətlərə yol verir, amma futbolçu kimi klublara hörmət etməlisən. Buna icazə verməyəcəyəm".
Melo Qrilişin oyundan sonra azarkeşlərə tərəf "oley" deyə bağırdığını desə də, "Mançester Siti"nin futbolçusu bunu təkzib edib və elə bir ifadə işlətmədiyini bildirib.
Səbuhi Həsənov
Şərhlər