Xəbər lenti

Fələstinə dəstəyə görə klubundan qovulan futbolçu məhkəməyə müraciət edəcək
İdman 13:58 16.11.2023

Fələstinə dəstəyə görə klubundan qovulan futbolçu məhkəməyə müraciət edəcək

Fələstinə dəstəyə görə klubundan qovulan futbolçu məhkəməyə müraciət edəcək

İsrailin Qəzzaya hücumlarından sonra Fələstinə dəstək mesajları göndərdiyi üçün müqaviləsinə xitam verilən "Maynts 05"in futbolçusu Anvar El-Qazi klubunu məhkəməyə verməyə hazırlaşır.

Qaynarinfo-nun məlumatına görə, məşhur "Bild" nəşri əvvəlcə heyətdən kənarlaşdırılan, daha sonra İsrail əleyhinə paylaşımlarına görə müqaviləsinə xitam verilən mərakeşli futbolçunun hüquqlarını axtarmaq üçün qanuni addım atacağını yazıb. Mərakeş əsilli niderlandlı futbolçu ədalətsiz addımı üzündən vəkili vasitəsilə "Maynts 05"i məhkəməyə verəcək. Nəşrin məlumatına görə, məhkəmə böyük ehtimalla bu il, ən tez dekabrın əvvəlində başlayacaq. 

Klubu ilə 2025-ci ilə qədər müqaviləsi olan 28 yaşlı futbolçu bir müddət əvvəl mövzu ilə bağlı açıqlama verib.

El-Qazi İnstaqram hesabında verdiyi açıqlamada, "Dolanışığımın itirilməsi Qəzzada günahsız və müdafiəsiz insanların üzərinə atılan cəhənnəmlə müqayisədə heç bir şey deyil. Mövqeyimə görə peşman deyiləm. Dediklərimdən uzaqlaşmıram, bu gün və hər zaman son nəfəsimə qədər insanlığın, məzlumun yanındayam” - ifadələrini işlətmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->