Ukraynada fövqəladə qərar gündəmə gəlib.
Qaynarinfo-nun məlumatına görə, Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Şevçenko hakimlərin yalan detektoruna qoşulacağını açıqlayıb. Federasiyaya yeni prezident seçilmiş Şevçenkonun qərarı futbol ictimiyyəti arasında mübahisələr doğurub.
Məsələ ilə bağlı "The Athletic"ə danışan Şevçenko qərarını, "Biz yalan detektorunu daha çox öyrənmək və hansı hakimlərlə işləyə biləcəyimizi anlamaq üçün bir fürsət kimi görürük. Biz sıfırdan başlayırıq" - deyərək izah edib.
Testdən keçə bilməyənlərin dərhal hakimlikdən uzaqlaşdırılacağı açıqlansa da, "Minayın" keçmiş məşqçisi Volodimir Şaran qərarı tənqid edərək, "Bu, həddindən artıq nəzarətdir" dedi.
Detektor qan təzyiqi, qan axını, tənəffüs sürəti və tər reaksiyalarında dəyişiklikləri ölçməklə insanın həqiqəti söyləyib-demədiyini müəyyən edir.
Səbuhi Həsənov
Şərhlər