Efiopiya yerli mediası dünən baş verən silahlı hücumda 150-dən çox mülki şəxsin həlak olduğunu bildirib.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər
verir.
KİV-in məlumatına görə, bu hücum bu ölkənin Oromiya bölgəsində naməlum şəxslər tərəfindən həyata keçirilib və Amhara etnik qrupuna mənsub azı 150 mülki şəxs həlak olub.
Bu arada Efiopiyanın baş naziri Abiy Əhməd hücumun Oromo-Şene Azadlıq Cəbhəsi tərəfindən həyata keçirildiyini açıqlayıb.
Son dörd ildə Efiopiyada belə hücumlar artıb və xüsusilə Oromiya bölgəsində ikinci ən böyük etnik qrup olan Amharalara qarşı hücumlar intensivləşib.
Qeyd edilir ki, iyunun 18-də Oromiya bölgəsində 338 dinc sakin qətlə yetirilib.
M.Arif
Şərhlər