Hər bir futbolçu karyerasını bitirməzdən əvvəl Dünya Çempionatında oynamaq arzusundadır. Amma elə məşhur futbolçular var ki, onlara mundialda iştirak etmək imkanı verilib, lakin qol vurmayıb. Nerved, Maldini və başqaları kimi titullar qazanmış oyunçuların bir ortaq cəhəti var: onlar dünya çempionatlarının final mərhələsində heç vaxt qol vurmayıb.
Zlatan İbrahimoviç
İtaliya A Seriyasında "Milan"ın heyətində son mövsümdə ölkə çempionluğunu qazanan isveçli hücumçu karyerasında 31 kubok qazanmaqla dünyanın ən çox mükafat qazanan futbolçulardandır. Karyerası ərzində 570-dən çox qol vuran İbrahimoviç bunların 500-nü klublarda rəqib qapılarından keçirib. Bütün bu nailiyyətlərə baxmayaraq, o, dünya çempionatlarında heç vaxt qol vurmayıb.
Robert Levandovski
Son mövsümü "Bavariya"da keçirən Polşa millisinin kapitanı bütün dövrlərin ən yaxşı hücumçularından biri olmaqla yanaşı, Bundesliqa tarixinin də ən uğurlu futbolçularından sayılır. O, Almaniya klubu və ölkəsi üçün ümumilikdə 600-dən çox qol vurub. Ancaq nədənsə eyni sözü Polşa millisindəki oyunu ilə bağlı demək olmur. Öz ölkəsinin yığmasında zəif çıxış etdiyinə görə, bir dəfə də olsun fərqlənməyib.
Frenk Ceyms Lempard
Hazırda "Everton"u çalışdıran ingiltərəli mütəxəssis "Çelsi"nin və ümumiyyətlə öz dövrünün ən böyük yarımmüdafiəçilərindən biri kimi qəbul edilir. O, Premyer Liqada yarımmüdafiəçi kimi qol rekordlarına imza atıb. Xüsusən də uzaq məsafədən vurduğu qollarla futbol tarixinə düşən Lempard 2000-ci ildən 2010-cu ilə qədər Premyer Liqada onilliyin futbolçusu seçilib. O, həmçinin dünya kuboku turnirində heç vaxt bir qol vurmayan digər məşhur oyunçudur.
Səbuhi Həsənov
Şərhlər