Xəbər lenti

Dostları Cennifer Lopezin şəxsi həyatındakı problemlərdən bezib
Maqazin 19:10 21.08.2024

Dostları Cennifer Lopezin şəxsi həyatındakı problemlərdən bezib

Amerikalı aktrisa və müğənni Cennifer Lopezin rəfiqəsi onun aktyor Ben Afflekdən boşanmasının səbəbini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

"O, gözləməkdən yorulub. Bunu etmək üçün çox çalışdı və ürəyi qırıldı. Həmişə olduğu kimi, övladları onun əsas prioritetləridir", deyə sənətçinin rəfiqasi bildirib.

Başqa bir mənbə isə Afflekin Lopezlə nikahını xilas etmək istəmədiyini və son ad gününü onunla ictimaiyyət arasında qeyd etməyə maraq göstərmədiyini bildirib.

"Uşaqların ona hədiyyələri var idi, gözəl ev şənliyi hazırlanmışdı. Cennifer onu ziyarət edib, təbrik etdi", deyə mənbə bildirib.

Cennifer Lopezin bəzi dostları "Daily Mail"ə isə bildiriblər ki, onlar aktrisanın şəxsi həyatındakı problemlərdən beziblər. Ulduzlara yaxın olan mənə bildirib ki, Lopezin yaxınları onu münasibətlər haqqında düşünməyi dayandırmağa və Ben Afflekdən boşandıqdan sonra özünə vaxt ayırmağa çağırırlar.

"Dörd uğursuz evlilikdən sonra dostları düşünür ki, o, başqalarının istədiyi kimi deyil, özünə və istəklərinə diqqət yetirməlidir. O, nəhayət, gələcəyini necə gördüyünü başa düşməlidir", deyə mənbə bildirib.

Avqustun 20-də məlum olub ki, 55 yaşlı Cennifer Lopez 52 yaşlı Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkilsiz sənədlər təqdim edib və ərindən ayrılma tarixini göstərib - 26 aprel 2024-cü il.

Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair söz-söhbətlər may ayında başlayıb. Daha sonra məşhurların evlilik ildönümünü ayrıca keçirdikləri barədə məlumatlar ortaya çıxıb.

2022-ci ilin yayında Cennifer Lopez və Ben Afflek ilk nişanlarından 20 il sonra evlənib. Bu evlilik müğənni üçün dördüncü evlilik olub. O, 1997-1998-ci illərdə ofisiant Ohani Noah, 2001-2002-ci illərdə isə rəqqasə Kris Cudd ilə evli olub. Lopezin üçüncü əri müğənni Mark Entonidir: 2004-cü ildə evləniblər, 2008-ci ildə Maks və Emmi adlı əkiz uşaqları olub, 2011-ci ildə isə boşanıblar.

Afflekə gəlincə, o, 2005-2018-ci illərdə aktrisa Cennifer Qarnerlə evli olub. Keçmiş həyat yoldaşlarının birlikdə üç övladı var: Violet, Fin və Samuel.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->