Xəbər lenti

İsrail öz ərazisində BMT missiyasının fəaliyyətini məhdudlaşdırdı
Dünya 10:29 29.10.2024

İsrail öz ərazisində BMT missiyasının fəaliyyətini məhdudlaşdırdı

İsrail parlamenti BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İsraildə fəaliyyətini məhdudlaşdıran iki qanun layihəsini dəstəkləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of İsrael” yazır.

İsrail Qəzza zolağında UNRWA işçilərinin 10%-dən çoxunun terror təşkilatları ilə əlaqəsi olduğunu və agentliyin himayəsi altında olan məktəblərin İsrailə nifrəti təbliğ etdiyini və terrorizmi təriflədiyini bildirir.

UNRWA ilə əlaqəni məhdudlaşdırmaq üçün təqdim edilən ikinci qanun layihəsi dövlət qurumlarına agentliklə istənilən qarşılıqlı əlaqəni qadağan edəcək, bu da onun Qəzza zolağı və İordan çayının qərb sahilində fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, bu cür qanun layihələrinin qəbul edilməsi "fəlakət" olacaq, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrel isə bu Qərarın "ciddi nəticələri" barədə xəbərdarlıq edib.

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin narahatlıqlarını ifadə edərək, bu cür məhdudiyyətlərin Qəzzada humanitar yardım sistemini çökdürmək və Şərqi Qüdsdə mühüm xidmətlərin qarşısını almaq təhlükəsi yaratdığını qeyd ediblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->