Xəbər lenti

SBU Pokrovsk istiqamətində casusluq edən BMT könüllüsünü saxladı
Dünya 10:13 29.10.2024

SBU Pokrovsk istiqamətində casusluq edən BMT könüllüsünü saxladı

Ukrayna Təhlükəsizlik Xidməti ("SBU”) Donetsk vilayətində FSB agentini saxlayıb - onun Rusiya tərəfindən casusluğa cəlb edilmiş BMT-nin Ümumdünya Ərzaq Proqramının 34 yaşlı yerli könüllüsü olduğu üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə SBU məlumat yayıb.

Yayılan məlumata görə, könüllülük fəaliyyətinin arxasında gizlənən şəxs, indi Rusiyanın hücumlarının ən yüksək konsentrasiyasının qeydə alındığı Pokrovsk istiqamətində Ukrayna müdafiə qüvvələrinin yerlərinə casusluq edib. 

Rusiya agentinin vəzifəsi rayon mərkəzinin ətrafında müdafiəni saxlayan Ukrayna piyada və artilleriya bölmələrinin yerlərini müəyyənləşdirmək olub. 

İşin materiallarına görə, koordinatları müəyyən etmək üçün şübhəli şəxs yerli sakinlərə humanitar yardım çatdırılması adı altında rayon mərkəzini və yaxınlıqdakı yaşayış məntəqələrini gəzib.

O, əldə etdiyi məlumatları messencer vasitəsilə öz kuratoruna - FSB zabitinə ötürüb, onun kimliyi artıq Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı tərəfindən müəyyən edilib.

Ruslar agentin məlumatlarını idarə olunan aviasiya bombaları və dronlarından istifadə edərək Pokrovska yeni hücumlar planlaşdırmaq üçün istifadə ediblər.

SBU-nun əks-kəşfiyyatçıları agenti kəşfiyyat fəaliyyətinin ilkin mərhələsində ifşa edib və saxlayıblar. Müdafiə qüvvələrinin mövqelərinin təhlükəsizliyini təmin etmək üçün sinxron şəkildə kompleks tədbirlər həyata keçirilib.

Axtarışlar zamanı saxlanılan şəxsdən FSB əməkdaşı ilə əlaqə saxladığı messencerdə anonim söhbəti olan mobil telefon götürülüb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->