Xəbər lenti

Dövlət Xidmətindən bank sisteminin çökməsi xəbərdarlığı ilə bağlı açıqlama
Ekonomiks 17:20 03.04.2023

Dövlət Xidmətindən bank sisteminin çökməsi xəbərdarlığı ilə bağlı açıqlama

Son günlərdə müəyyən sosial şəbəkələrdə müxtəlif istifadəçilər tərəfindən "bank sisteminin çökməsi”, "əmanətlərin dondurulması”, "kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları altında həqiqəti əks etdirməyən və əsası olmayan paylaşımlar yer almaqdadır.

Azərbaycan Banklar Assosiasiyasından Qaynarinfo-ya daxil olan məlumata görə, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır: "Bildirmək istəyirik ki, 2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olub. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır.

Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45.7 mlrd. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15.4%, ilin əvvəlinə nəzərən isə 163 mln. manat artaraq, 19.8 mlrd. manata yüksəlib. Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11.7 mlrd. manata yüksəlib ki, bu da illik 18.1%, ilin əvvəlinə nəzərən isə 1.5%-lik artımın olduğunu göstərir”.

Qurumdan bildirilib ki, cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.4% artaraq, 13 mln. 654 min ədəd təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb və 2877 mln. manat olub.

Azərbaycan Banklar Assosiasiyası ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamaq, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağla bağlı çağırış edib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->