Xəbər lenti

Deputatdan nazir müavininə suallar:
Ölkə 15:16 06.07.2023

Deputatdan nazir müavininə suallar: "...Bu qədər fərq niyə var?"

"Burada səhiyyə nazirinin müavinin iştirak etdiyi üçün bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Azərbaycana gətirilən dərmanların sertifikasiyası çox ciddi bir məsələyə çevrilib. Elə dərmanlar var ki, onun sertifikasiyadan keçirmək üçün aylarla gözləyirlər".

"Son vaxtlarda dərman qıtlığı var. Hətta adi başağrısı və digər dərmanları tapmaq mümkün deyil. Dərmanların keyfiyyəti də ciddi məsələdir. Adi aptekdən dərman alırsan, təsirini göstərmir. Alman aptekdən dərman alırsan, tamamilə başqa təsir göstərir. Yəni, təsiri yaxşıdır. Niyə bu qədər fərq var?" deyə Vahid Əhmədov bildirib.
 
Qafqaz Rafiqoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->