"Təəsüüflər olsun ki, 31 uyğunluq auditindən 27-də dövlət satınalmalarında ciddi nöqsanlar aşkar edilib".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, Hesablama Palatsının 2023-cü ildə və ondan əvvəlki hesabatlarında ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir:
"Satınalmalarla əlaqədar nə qədər mübarizə aparsaq da, qanunda dəyişikliklər etsək də faktiki olaraq satınalmalarda ciddi problemlər mövcuddur. İkinci ən ciddi məsələ mühasibat uçotu və hesabatlılıqdır. "Mühasibat uçotu haqqında" qanun qəbul etmişik. Hesabatda, yoxlamalarda da görünür ki, "Mühasibat uçotu haqqında" qanun müəssisələr və təşkilatlar tərəfindən düzgün yerinə yetirilmir. Bu qanun ətrafında yarana n problemlər kifayət qədər böyükdür, kadrların çatışmazlığı da özünü göstərir. Ona görə də hesabatlılıqda çox ciddi problemlər yaradır. Digər məsələ yoxlamanın əhatə dairəsidir. Hesablama Palatası təxminən 15 milyarda yaxın vəsaiti əhatə edib. Bizdə dövlət büdcəsi 36 milyarddan çoxdur. 40 faizə yaxın vəsit yoxlamada əhatə olunub. Hesablama Palatasında auditorların sayı aşağıdır. Çalışıb onların sayını artırmaq lazımdır".
Qafqaz Rafiqoğlu
Şərhlər