Xəbər lenti

Daha bir ölkə Ukraynaya təhlükəsizlik zəmanətləri haqqında bəyannaməyə qoşuldu
Dünya 20:26 12.08.2023

Daha bir ölkə Ukraynaya təhlükəsizlik zəmanətləri haqqında bəyannaməyə qoşuldu

Yunanıstan Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı G7 bəyannaməsinə qoşulan 14-cü ölkə olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Ukraynaya dəstək haqqında G7 bəyannaməsinə qoşulduğuna görə Yunanıstana minnətdaram. Yunanıstan Ukraynanın təhlükəsizliyinə zəmanət verən 14-cü ölkə oldu. Baş nazir Kiriakos Mitsotakisə Ukrayna-Yunanıstan tərəfdaşlığına göstərdiyi fədakarlığa görə təşəkkür edirik. Biz Ukraynanın NATO yolunda birgə işləyirik”, deyə Zelenski qeyd edib.

"Kathimerini" qəzeti Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib ki, avqustun 11-də Yunanıstan və Ukraynanın xarici işlər nazirləri Georgios Gerapetritis və Dmitri Kuleba arasında telefon danışığı olub. Danışıqlar zamanı Gerapetritis bildirib ki, Yunanıstan Ukraynanın suverenliyinin bərpasına və humanitar böhranların qarşısının alınmasına yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Qəzet yazır ki, Kuleba da öz növbəsində Yunanıstana G7 bəyannaməsinə qoşulduğuna görə təşəkkür edib.

Yunanıstan və G7 ölkələrindən (Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, İtaliya və Kanada) əlavə Belçika, Danimarka, İrlandiya, İslandiya, İspaniya, Latviya, Niderland, Norveç, Portuqaliya, Rumıniya, Finlandiya, Çexiya və İsveç bəyannaməyə qoşulub. Sənədi NATO-nun Vilnüs sammitinin yekunları üzrə dövlətlərin nümayəndələri imzalayıblar. Bəyannamədə qeyd olunur ki, ölkələr ikitərəfli razılaşmalar əsasında Ukraynanın müdafiə qabiliyyətini və təhlükəsizliyini təmin etmək üzrə öhdəliklər götürürlər.

Avqustun 3-də Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak ABŞ-la təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqlara başlandığını elan edib. Onun fikrincə, Vaşinqtonla müzakirə digər tərəfdaşlar üçün saziş modelinin yaradılmasına kömək edəcək. Avqustun 11-də cənab Yermak Böyük Britaniya ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqlara başlandığını elan edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->