"Qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmamasıdır. Bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir".
Qaynarinfo xəbər verir ki, bunu bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bir ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin Məcəllə hələ də parlamentə daxil olmayıb:
"Hansı ki, biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Ona görə də Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və Rəqabət Məcəlləsi Milli Məclisə daxil olsun. Hesabatdan da göründüyü kimi, bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri mümkündür”.
Qafqaz Rafiqoğlu
Şərhlər