"Rusiya təkcə Ukraynanı deyil, həm də Avropanı hədələyir. Əgər Avropa ölkələri tezliklə kursu dəyişməsə, Moskva qalib gələcək".
Qaynarinfo xəbər verir ki, bunu "The Guardian” qəzetinə müsahibəsində Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrel deyib.
"Bəlkə də elə məqamdır ki, biz təkcə Ukraynanı deyil, demokratiyamızı təhdid edən, Avropanın özünü təhdid edən böyük dövlətin yaratdığı təhlükəyə baxmalıyıq. Və əgər kursumuzu tez dəyişməsək, bütün imkanlarımızı səfərbər etməsək, bu, Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı müharibədə qalib gəlməyə imkan verəcək. Eyni şəkildə, Qəzza zolağında baş verən faciəni dayandıra bilməsək, düşünürəm ki, layihəmizə böyük ziyan dəyəcək", deyə Borrell bildirib.
O hesab edir ki, Avropa Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün lazım olanı etməyə həqiqətən hazır olub-olmaması sualına cavab verməlidir. Onun fikrincə, Putin xüsusilə ABŞ seçkiləri öncəsi ona daha əlverişli ssenari təqdim edə biləcək sülh sazişinə razı olmayacaq. Ona görə də Avropa uzun müddət ərzində yüksək intensivlikli münaqişəyə hazırlaşmalıdır.
"Əhəmiyyətli olan Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə edə biləcəyimizdir. Biz nə etməyə hazırıq? Biz həqiqətən lazım olanı etməyə hazırıqmı? Bu, özümüzə verməli olduğumuz sualdır", deyə Borrell bildirib.
Aydın
Şərhlər