"Bakıda satışda olan üzümlərin əksəriyyəti istixanada, süni şəraitdə yetişdirilir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Əli Əlirzayev deyib. Onun sözlərinə görə, bu gün bazarda texnologiya şəraitində yetişən üzüm sortları var:
"Bəzi üzüm sortları var ki, tez yetişəndir, hardasa avqust ayının ortalarında satışda olur. Amma əslində üzüm sentyabr ayında yetişməlidir. Ən dadlı üzümlər həmin vaxt yetişir. Texnologiya əsridir. Sahibkarlar bazar qiymətindən daha yuxarı satmaq, pul əldə etmək üçün müxtəlif üsullara əl atırlar. Gübrələr verirər, ya iynə vururlar, onu tez yetişdirlər. Belə şəraitdə yetişən üzümlərin dadı olmur".
Əli Əlirzayev qeyd edib ki, burada məqsəd yalnız üzümü tez bazara çıxarıb, pul qazanmaqdır:
"Üzümlərin bəzilərinin yetişməsi iqlim şəraitindən də asılıdır. Elə yer var ki, istilər olur, üzüm də tez yetişir. Keyfiyyətli üzümlər payızda yetişir. Hansı ki, ondan bəhməz düzəldirlər. Oktyabr ayında da yetişən üzüm sortları var. Çalışın payızda yetişən üzümlərdən alın. Həmin üzümlərin keyfiyyətinə söz ola bilməz".
Bahar Rüstəmli
Şərhlər